COP29

Azərbaycanda tanınmış idmançı dava olayını sifariş verməkdə ittiham olunur - FOTO

6 Yanvar 17:20 Hadisə 469
Azərbaycanda tanınmış idmançı dava olayını sifariş verməkdə ittiham olunur - FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.

Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıblar.

Prosport.az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır.

O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.

Fotoda Ramal Aslanov

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!