“İnter Mayami”nin uruqvaylı ulduzu Luis Suarez təqdirəlayiq addım atıb.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu intihar etməyə cəhd göstərən kişini xilas edib.
Hadisə Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində baş verib.
Məlumata görə, Suarez həyat yoldaşı ilə yolda olarkən bir kişinin intihar etmək istədiyini görüb və ona yaxınlaşıb.
Futbolçu həmin şəxslə danışdıqdan sonra onu fikrindən daşındırıb.
Görüntüləri təqdim edirik: