COP29

"İstərdim ki, geri qaytarsınlar və hər şey yenidən əvvəlki kimi olsun"

5 Yanvar 19:25 Hadisə 467
"İstərdim ki, geri qaytarsınlar və hər şey yenidən əvvəlki kimi olsun"

Azərbaycanda "Simurq"un baş məşqçisi kimi çalışmış Sergey Yuran Rusiyanın 2025-ci ildə beynəlxalq arenaya qayıdacağına inanmadığını bildirib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis məsələ haqda bunları deyib:

"Mən 2025-ci ildə beynəlxalq arenaya qayıdacağımıza inanmıram. Rusiya üçün real və virtual olan məsələlər var.

Düşünürəm ki, 99 faiz 2025-ci ildə bizi geri qaytarmayacaqlar. İstərdim ki, geri qaytarsınlar və hər şey yenidən əvvəlki kimi olsun.

Amma bizim aciz qaldığımız məqamlar var. Mən 1 faizi həyatda hər şey olur deyiminə görə saxlayıram”.

FİFA və UEFA-nın qərarı ilə Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin fevral ayının sonundan etibarən bütün Rusiya komandaları, o cümlədən milli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Yuran “Dinamo”(Stavropol), “Ditton”(Latviya), “Şinnik”, “Ximki”, “Sibir”, “Baltika”, “SKA-Xabarovsk”, “Mika” klubları ilə yanaşı “Simurq”da da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti