Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan FKSB 2025-ci ildə ilk transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, Rumıniya klubu qolkiper transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
FKSB vaxtilə “Cenoa”, “Livorno”, “Peruca” kimi klubların qapısını qorumuş Lukaş Zima ilə anlaşıb. Çexiyalının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
“Qarabağ" - FKSB matçı yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.