Üçqat dünya çempionu və 2020 Tokio Olimpiadasında 100 metr məsafəyə qaçışda gümüş medal qazanan sprinter Fred Kerli Cənubi Florida polisi ilə mübahisə zamanı həbs edilib.
Sportinfo.az xəbər verr ki, idmançının davranışı ucbatından polis elektroşokerdən istifadə etməyə məcbur olub.
29 yaşlı Kerli məmurlarla yaxınlıqda park etdiyi avtomobili haqqında danışırmış. Mayami polisinin bəyanatına görə, idmançının davranışı getdikcə aqressivləşib.
Kerlidən “ərazini tərk etməsi tələb olunduqdan” sonra o bununla razılaşmayıb. Polislər Kerlini həbs etməyə cəhd edərkən, o, müqavimət göstərib.
Kerli həbs olunarkən tanınmış idmançı olduğunu qeyd etməyib.