COP29

2025-in ilk əkizi Naxçıvanda dünyaya gəldi - FOTO

2 Yanvar 07:10 Hadisə 257
2025-in ilk əkizi Naxçıvanda dünyaya gəldi - FOTO

Naxçıvan Perinatal Mərkəzdə yeni ilin ilk əkiz körpələri dünyaya göz açıb.

Yanvarın 1-də saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftəlik, biri 2,6 kq, digəri 2,3 kq çəkidə doğulan uşaqlar tam sağlamdır.

Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR