Cənab Prezidentin təyyarə qəzası ilə bağlı sonuncu məlum çıxışına baxdım.
İlham Əliyev dağ boyda Rusiyaya açıq mesaj göndərir ki, gəlib üzr istəməlisən, təzminat ödəməlisən.
Və bunu Rusiyaya qarşı edir, a kişi, Rusiyaya.
Əsl Prezident, əsl başçı, əsl lider!
Bəzən düşünürəm ki, bir ailəni, bir kollektivi saxlamaq, insanların nazı ilə oynamaq üçün bu qədər əziyyət çəkdiyimiz halda, bu insan 10 milyonu idarə edir, daxili və xarici siyasəti nəzarətdə saxlayır, önəmli hadisələrdə dərhal sinəsini qabağa verir.
Yorulmur görəsən? Hardandır bu qədər güc, enerji, həvəs, motivasiya?
Bilirəm, razılaşmayanlar olacaq.
İnsanların yaşayış səviyyəsi?
148 mənzilli binada yaşayıram, hər axşam həyətdə 90-95 maşın park edir.
Binanın arxasındakı hipermarketə girirəm, insan əlindən tərpənmək olmur.
Yeni il bayramı üçün restoranlarda bir masa da olsun, boş yer yoxdur.
Sakitlik, əmin-amanlıq?
İcazəsiz quş quşluğu ilə qanad çala bilməz.
Şəhərin istənilən yerində 24 saat ərzində əlində içi pulla dolu çemodanla 24 saat gəzə bilərsən.
Bu qədər turistin səfər etdiyi ölkədə zorakılığa görə bir xaricinin burnu qanamayıb.
Əliyev məsələdən xəbərdardır. Ona görə də harınlamış məmurları gənc kadrlarla əvəz edir, sənədləşmə işləri mərkəzləşdirilmiş kompüter sisteminə bağlanır.
Allah bu insanı xalqımıza pay göndərib.
Gücünüz tükənməsin, cənab Prezident.
HƏBİB