COP29

Təyyarə qəzasında həyatını itirən 13 yaşlı futbolçunun dostu: "Hamı ilə sağollaşıb getdi"

30 Dekabr 2024 01:20 Hadisə 239
Təyyarə qəzasında həyatını itirən 13 yaşlı futbolçunun dostu: "Hamı ilə sağollaşıb getdi"

"Məhəmmədəli hamı ilə sağollaşıb getmişdi".

Sportinfo.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının "Gənclik" klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Eqanovun dostu Hüseyn Quliyev vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, futbolçunun hamı ilə sağollaşıb yola çıxdığını söyləyib:

"Məhəmmədəli anasının yanına gedirdi. Yaxşı uşaq idi. Hamı ilə sağollaşıb getmişdi.

Həmçinin məktəbdə müəllimlərin də xəbəri var idi. Eyni məktəbdə oxumuşuq, dostumdur. Futbol komandasında oynayırdı".

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Digər Xəbərlər
Xəbər Lenti