COP29

Premyer Liqada onu görən olmadı, buradan da kənarda qaldı

27 Dekabr 11:20 Hadisə 345
Premyer Liqada onu görən olmadı, buradan da kənarda qaldı

Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyevanın gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hakim Premyer Liqanın oyunlarına təyinat almadığı üçün hazırlıq prosesində iştirak etməyəcək.

F.Lütfəliyevanın adı AFFA-nın bu ilin may ayında təsdiqlədiyi Elit Kateqoriyada olmadığı üçün o, yüksək liqanın matçlarını idarə edə bilmir.

Milli assosiasiyanın təşkil edəcəyi təlim-məşq toplanışı isə yalnız Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və onların köməkçiləri üçün nəzərdə tutulub.

Hakimlərin təlim-məşq toplanışı yanvarın 6-dan 12-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 11:00 Burada öz yerini seç!
27 Dekabr 03:30 “Ondan təklif aldım”
27 Dekabr 03:20 Meydana çıxmadılar