"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar yenidən ata olacaq.
Sportinfo.az xəbər verir ki, braziliyalı ulduz sevgilisi Bruna Biankardi ilə birlikdə "İnstaqram"da bununla bağlı video yayımlayıb.
Cütlük ailələri və dostları üçün dəbdəbəli cinsiyyət öyrənmə şənliyi təşkil ediblər. Nəticədə hamı Neymarın növbəti uşağının qız olacağını öyrənib
Neymar artıq üç dəfə ata olub: 2011-ci ildə oğlu Davi Luka, 2023-cü ildə qızı Mavi, 2024-cü ildə isə Helena adlı daha bir qızı dünyaya gəlib.
Hər üç uşaq fərqli qadınlardandır. Bruna Biankardi ikinci dəfə ulduz futbolçu üçün uşaq dünyaya gətirəcək.