COP29

XOŞ XƏBƏR - Ermənilərin Qarabağda dağıtdığı stadionların aqibəti necə olacaq?

09:20 Hadisə 334
XOŞ XƏBƏR - Ermənilərin Qarabağda dağıtdığı stadionların aqibəti necə olacaq?

Prezident İlham Əliyev dünən 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında işğaldan azad olunan ərazilərdə stadionların tikintisindən də danışıb.

Sportinfo.az xəbər verir ki, o, Ağdamdakı İmarət stadionunun bütün beynəlxalq standartlara cavab verən arena olacağını deyib.

Eyni zamanda Xankəndi stadionunun da bütün beynəlxalq standartlara cavab verəcəyini, bu arenanın yenidən qurulması prosesinin gələn il başa çatmalı olduğunu bildirib.

Bu, Azərbaycan futbolu üçün mühüm bir yenilikdir. O deməkdir ki, yaxın illərdə böyük futbolu biz azad olunan Qarabağımızda da görə biləcəyik. Özü də Avropa kuboklarının matçlarını. Belə oyunların mühüm siyasi əhəmiyyəti isə ayrıca geniş mövzudur.

Ağdam rayonunu təmsil edən "Qarabağ"ın iştirakı ilə Avropa kuboklarının oyunlarını (ən azı təsnifat mərhələlərinin) yaxın illərdə yeni tikilən İmarət və ya Xankəndi şəhər stadionunda izləmək hər bir azərbaycanlı üçün qürur ola bilər.

Yaxın 3-4 ildə orada əcnəbi klubları qəbul etmək üçün UEFA-nın tələb etdiyi hər bir şərait olacaq. Artıq stadionların 50-60 km. yaxınlığında beynəlxalq hava limanı (Füzuli), yaxşı otellər var, qalır yalnız arenalar...

Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Xankəndi şəhər stadionuna gəlincə, 2023-cü ilin dekabrında orada “Qarabağ”la MOİK arasında Azərbaycan kubokunun 1/8 final matçı keçirilib.

1955-ci ildə istifadəyə verilmiş 15 min tamaşaçı tutumuna malik arenanın meydançası sünidir. Stadion şəhərin düz mərkəzində, Zəfər meydanının yaxınlığında yerləşir (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti