Rumıniya çempionatında 21-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son oyununda Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Poli İaşi” ilə üz-üzə gəlib.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində FCSB xallarının sayını 37-yə çatdırıb. Buxarest təmsilçisi hazırda “Universitatya Kluj”la birgə turnir cədvəlində 1-2-ci yerləri bölüşdürür.
FCSB "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.
“Poli İaşi” - FCSB 0:2
Qollar: Darius Olaru, 44; 76