Peşəkar Futbol Liqası ötən ilin bu günündə Xankəndi şəhər stadionunda keçirilən "Qarabağ" - MOİK matçı (1:0) ilə bağlı video hazırlayıb.
Sportinfo.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da izlədiyi 1 il öncəki tarixi oyunda iştirak edən şəhid övladları yaşadıqları unudulmaz anlarla bağlı təəssüratlarını qurumun hazırladığı süjetdə bölüşüblər.
Şəhid övladının biri Prezident İlham Əliyevlə bağlı xatirəsini danışıb:
“İlham baba dedi ki, get papağını tax. Mən də dedim ki, onda yerimi saxla, gələcəyəm. Papağımı geyinib gələndə gördüm ki, yerimi saxlamışdı”.
Digər şəhid övladı isə ölkə başçısı ilə dialoqunu belə xatırlayıb:
“İlham Əliyev gülümsəyərək mənə dedi ki, sən mənim nəvəmə çox oxşayırsan”.