“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike şəxsi xarakter daşıyan sualları cavablandırıb.
Sportinfo.az “sport.es” istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, insanların öz ölkəsində hələ pullu seks xidmətindən danışmağa hazır olmadığını bildirib:
“Biz bu ölkədə pulla seks xidmətindən danışmağa hazır deyilik. Mən hər ikisində yaxşıyam.
Gündə bir dəfə olmaqla ayda 30 dəfə cinsi əlaqədə oluram”.
37 yaşlı Pike “Barselona”nın gənclər komandasının yetirməsi olub, sonradan “Mançester Yunayted”ə keçib.
4 il sonra Kataloniya klubuna qayıdan sabiq müdafiəçi ümumilikdə 616 oyun keçirib, 53 qol vurub və 13 məhsuldar ötürmə edib.
Pike uzun müddət məşhur müğənni Şakira ilə evli olub.