Sportinfo.az xəbər verir ki, 2021-ci ilin yayında ovaxtki adı “Keşlə” olan (indi "Şamaxı") klubun hücumçusu Anatole Abanq ilə ailə quran azərbaycanlı model Adelia Hacıyeva boşanıb.
Bir vaxtlar kamerunlu həyat yoldaşı ilə az qala hər addımını çəkib sosial şəbəkə hesabında paylaşan Adelia indi nəinki gec-gec bunu edir, ümumiyyətlə, Abanqla birgə olan bütün foto və videolarını artıq tamamilə sosial şəbəkə hesabından silib.
Model yalnız bu izdivacdan olan qızı ilə birgə görüntülərini paylaşır ki, bu da cütlüyün artıq boşandığı iddialarına səbəb olub.
Lakin Adelia hazırda da Abanqla izdivacdan sonra köçüb yaşadığı Dubayda qalmağa davam edir.