Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Adətən, İK-in yığıncağı olanda, federasiya bunu günlər öncə ictimaiyyətin diqqətinə çatdırır.
Bu dəfə isə AFFA ənənəsinə xilaf çıxaraq, yalnız gecə saatlarında, toplantı başa çatandan bir qədər sonra yığıncaq və orada müzakirə olunan məsələlər barədə məlumat yayıb.
Əlbəttə, bu, qurumun mətbuat xidmətinin işinə məsuliyyətsiz yanaşmasından qaynaqlanmır. Heç əlaqəsi yoxdur. İ
clasın gününün, yerinin və saatının gizlədilməsi rəhbərliyin tapşırığıdır. Komitə üzvlərinin bir araya gəlməsi, masaya yatırılan məsələlərin öncədən açıqlanmaması, ictimaiyyətdən gizli saxlanılması konkret olaraq Rövşən Nəcəfin tapşırığıdır.
AFFA prezidenti medianın iclasına göstərəcəyi maraqdan, onlara verilə biləcək suallardan çəkinərək, belə bir göstəriş verib.
Halbuki İK-nin bugünlərdə iclas keçirəcəyini saytımız daha əvvəlcədən yazmışdı. Sadəcə,
Rövşən Nəcəf və icraçı vitse-prezidenti Sərxan Hacıyev FIFA-nın Növbədənkənar Konqresində onlayn formada iştirak etməsi, AFFA-nın İcraiyyə Komitəsinin ayrı-ayrı üzvlərinin digər işlərinin olması toplantının yalnız dünən baş tutmasınə imkan verdi.
SPORTİNFO.AZ