Xəbər verdiyimiz kimi, dekabrın 13-ü Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubuna məxsus zalda ölüm hadisəsi baş verib.
s xəbər verir ki, məşq zamanı yeniyetmə idmançılardan birinin idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
İdman klubunun mühafizə xidmətinin əməkdaşı Əmir Əliyev İTV-yə açıqlamasında hadisənin müəllimin yanında baş verdiyini, yeniyetmələrin onun qarşısında məşq etdiklərini bildirib.
Boğulan yeniyetməyə ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin zaldan çəkilmiş görüntüləri təqdim edirik: