COP29

Santuş çayını içdi, siqaretini çəkdi, tez çıxıb getdi - FOTOLAR 

12 Dekabr 22:20 Hadisə 446
Santuş çayını içdi, siqaretini çəkdi, tez çıxıb getdi - FOTOLAR 

Millinin baş məşqçisi Fernandu Santuş hazırda Bakıdadır.

Portuqaliyalı ölkəsindən geri qayıdandan bəri yerli liqaların oyunlarını izləməyə başlayıb.

70 yaşlı mütəxəssis bu dəfə Premyer Liqaya yox, I Liqaya maraq göstərib.

O, 9-cu turun "Baku Sportinq" - "Difai" matçına (0:2) canlı baxmaq üçün Buzovna stadionuna üz tutub.

Özü də tək yox. AFFA-nın nümayəndəsi və iki köməkçisi ilə bərabər. Həmçinin millinin idman direktoru İlqar Qurbanov da Bakıətrafı qəsəbəyə təşrif buyurub.

Santuş burada diqqətdən kənarda qalmayıb. Ev sahibləri mötəbər qonaqlar üçün çay dəstgahı təşkil eləyib.

O isə “Difai”nin ikinci qolundan 71-ci dəqiqədən sonra burada qalmağa lüzum görməyib. Sabiq “Beşiktaş”lı siqaretini tüsdülədə-tüsdülədə xidməti avtomobilinə tərəf irəliləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!
12 Dekabr 11:00 Sözdən işə keç, qazan!