COP29

Məhkəmə azərbaycanlı klub investorunun həbsindən imtina etdi, ev dustağı oldu - FOTO

12:40 Hadisə 220
Məhkəmə azərbaycanlı klub investorunun həbsindən imtina etdi, ev dustağı oldu - FOTO

Rusiya premyerliqasında mübarizə aparan “Ximki”nin azərbaycanlı investoru Tufan Sadıqov müvəqqəti olaraq ev dustaqlığına buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə BAZA Teleqram kanalı məlumat yayıb.

Məhkəmə işində Sadıqovun soyadına işarə edən və T.A.O inisiallarını əks etdirən vəsiqə mövcuddur. Saxlanılan bu şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 291.2-ci “xırda rüşvət alma” maddəsi ilə iş açılıb.

İstintaq iş adamının həbs edilməsini istəsə də, məhkəmə bundan imtina edib. Bundan sonra iş adamı Tuşinski məhkəməsi tərəfindən ev dustaqlığına göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti