COP29

“Qarabağ”ın rəqibi Rumıniyada səfər qələbəsi qazandı

04:00 Hadisə 150
“Qarabağ”ın rəqibi Rumıniyada səfər qələbəsi qazandı

Rumıniya çempionatında 17-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Otelul”la üz-üzə gəlib.

Matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində FCSB xallarının sayını 30-a çatdırmaqla turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Buxarest təmsilçisi lider ÇFR-dən cəmi 1 xal geri qalır.

FCSB "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

"Otelul" - FCSB 1:4

Qollar: Pop, 54-pen. - Birliqea, 9, 48, Musi, 40, Olaru, 81

Digər Xəbərlər
Xəbər Lenti