Norveçin yüksək futbol liqasında 2024-cü ilin çempionu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, sonuncu - 30-cu turun matçında "Bodo-Qlimt" evdə "Lillestrem"lə qarşılaşıb.
Görüş Bodo təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində xalını 62-ya yüksəldən Hyetil Knutsenin komandası çempionluğu təmin edib.
Bu, onların ümumilikdə və ardıcıl 4-cü çempionluğu olub.
İkinci yeri 59 xalla "Brann", üçüncü yeri isə 57 xalla "Vikinq" tutub.
"Bodo-Qlimt" bu mövsüm Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olub. Noyabrın 7-də keçirilən oyunda Ağdam təmsilçisi həmin komandanı səfərdə 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.