Xəbər verdiyimiz kimi, Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Bakıda keçirilən COP29 beynəlxalq konfransı çərçivəsində “Qarabağ”ın təşkil etdiyi tədbirdə iştirak edib.
Sportinfo.az xəbər verir ki, tanınmış mütəxəssis burada Qurban Qurbanovla görüşüb və onunıla xeyli söhbətləşib.
“İmperator” həmçinin pərəstişkarlarını sevindirib. “Qalatasaray”ın keçmiş çalışdırıcısı onlarla şəkil çəkdirib, avtoqraf paylayıb.