COP29

Biabırçı penalti ilə gündəmə gələn hakim azı yanvara qədər təyinat almayacaq

20:00 Hadisə 449
Biabırçı penalti ilə gündəmə gələn hakim azı yanvara qədər təyinat almayacaq

Ötən mövsüm Premyer Liqa matçlarında fit çalan Kamranbəy Rəhimov cari “futbol ili”ndə gözə dəymir.

Keçən “futbol ili”ndə baş tutan “Sumqayıt” – “Araz-Naxçıvan” qarşılaşmasında biabırçı penalti qərarı ilə gündəmə gələn referi uzun müddət təyinat almamışdı.

Bu il gözə dəyməməsinin səbəbi hansısa səhv və ya cəzalanması ilə bağlı deyil.

İş burasındadır ki, Rəhimov yay toplanışında tələb olunan normativləri yerinə yetirə bilməyib. Norvativi verə bilməyən istənilən şəxs çempionatın 18 turunda, yəni iki dövrəsində işsiz qalır.

Kamranbəy yenidən Premyer Liqada görünmək üçün yanvardakı toplanışda fiziki hazırlıq imtahanından üzüağ çıxmalıdır.

Əks halda, yenə kənarda qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 21:40 Zinədin Zidan PSJ yolunda
28 Noyabr 20:40 “Neftçi” 2025-ə...