COP29

“Mənim adımdan istifadə edərək, 3-4 min manatadək pul alıblar” - FOTO

08:30 Hadisə 111
“Mənim adımdan istifadə edərək, 3-4 min manatadək pul alıblar” - FOTO

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı dələduzluq edilib.

Sportinfo.az xəbər verir ki, o, bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplandığını bildirib.

"Mənə olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionu Teymur Məmmədovdan mesaj gəldi ki, ustadayam, kartımda pulum bitib.

Təcili olaraq 200 manat pul istədilər. Mən də zəng etmədən pulu göndərdim.

Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, ona görə dedim, insandır, hər şey ola bilər.

Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər, bu, sənsən?

Ondan sonra bildim ki, aldanmışam. Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar".

Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb:

"Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək, 3-4 min manatadək pul alıblar.

Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər, yəqin ki, tapılacaq" (idman.biz).

Bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 10:40 "Qarabağ"la bağlı QƏRAR