COP29

Üç aydır maaş almayan komanda meydana çıxmaqdan imtina etdi – Ermənistanda

01:40 Hadisə 103
Üç aydır maaş almayan komanda meydana çıxmaqdan imtina etdi – Ermənistanda

Ermənistanda ölkə çempionatının 17-ci turunun "Pyunik" və "Vest Armenia" arasında keçirilən oyunu ləğv edilib.

Sportinfo.az xəbər verir ki, qonaq komanda etiraz əlaməti olaraq meydana çıxmamaq qərarına gəlib.

Son məlumatlara görə, "Vest Armenia"da üç aydır maaş verilmir. Bundan başqa, bir sıra əcnəbi futbolçular kirayə mənzilsiz qalıblar.

Ermənistan Futbol Federasiyası UEFA-nın təqdim etdiyi "Həmrəylik vəsaitləri" adlanan fond hesabına klubun borclarını ödəyəcəyini vəd edib, lakin bu, yalnız 2025-ci ilin yanvarında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 11:00 Uğurlarınız BOL OLACAQ!
25 Noyabr 09:40 AFFA ona vəzifə verdi