Azərbaycanlı qarışıq döyüş növləri üzə MMA döyüşçüsü Mehman Məmmədov “Atv” telekanalında yayımlanan “El Canlı”verilişində qonaq olub.
36 yaşlı idmançı proqram əsnasında futbol sevgisindən söz açanda, futbol oynamağı bacardığını, vaxtilə Peşəkar Futbol Liqasında çalışdığını deyib.
Maraqlananda, məlum oldu ki, Mehman 8-9 il əvvəl PFL-in mühafizə xidmətinin əməkdaşı kimi fəaliyyət göstərib.
O dönəmdə hakimlərin təhlükəsizliyini - meydana daxil olmasını və tərk etməsini mühafizəçilər təşkil edirdi ki, Məmmədov onlardan biri olub.
Dəfələrlə Respublika birinciliklərinin qalibi olmuş Mehman Məmmədov dünya çempionu olmaqla yanaşı, “Eagles” turnirində kəmər qazanıb.
Xeyli müddətdir “Rizin” təşkilatı ilə müqavilə bağlayan idmançımız döyüşlərə qatılır və buradakı qələbələri ilə tanınır.
HƏBİB