Argentina millisi dünən dünya çempionatının seçmə mərhələsi çərçivəsində Peru yığması ilə qarşılaşıb. Lautaro Martinesin qolu sayəsində argentinalılar 1:0 hesablı qələbə qazanıblar.
Peru millisinin üzvü Karlos Zambranonun ikinci hissədə rəqib futbolçu Lionel Messiyə qarşı aqressiv oynadığı bir məqam olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı Messi rəqibinin bu hərəkətinə kobud ifadə ilə cavab verib:
“Nə edirsən, axmaq?”
Argentina millisi seçmə mərhələnin 12 turundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.