Tanınmış aktyor Fərda Xudaverdiyev millinin futbolçularını və baş məşqçi Fernandu Santuşu gülüş obyektinə çevirib.
Millətlər Liqasının C liqasının I qrupunun 5-ci tur matçında Estoniyaya qalib gələ bilməyən yığmanın ünvanına ironik ifadələr işlədib.
Portuqaliyalı mütəxəssisin «biz düzgün yoldayıq» açıqlamasına lağ edən sənətçi bildirib ki, oyunçular özləri yığışıb meydana çıxsa, yaxşı nəticə qazanar.
Komandamızın D liqasına yuvarlanmaq üzrə olduğunu söyləyən Xudaverdiyev Cəbbəlütariq kimi rəqiblərlə qarşılaşmağı fiasko sayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: