COP29

“Neftçi” və “Qarabağ”ın legionerləri məyusluq yaşadı

03:00 Hadisə 86
“Neftçi” və “Qarabağ”ın legionerləri məyusluq yaşadı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda 5-ci turda İslandiyanı qəbul edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yankoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.

5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidir. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 20:00 Çək və bizə göndər!
17 Noyabr 03:50 Döyüldü - VİDEO+FOTOLAR
17 Noyabr 00:20 QOL.az artıq 16 yaşında!