Moldova komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Sergey Klesçenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Moldova millisində çıxış edən "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi bu görüşün iştirakçısı olmayıb. Hər iki futbolçu ehtiyatda qalıb.
4 turdan sonra 9 xal toplayan Moldova yığması D Liqasının 2-ci qrupunun lideridir.