"Barselona"nın prezidenti Xuan Laporta Zəfər parkını ziyarət edib.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun rəsmisinə Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı məlumat verilib.
La Liqa klubunun prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gəlib.
Sözügedən videogörüntüləri təqdim edirik: