Xəbər verdiyimiz kimi, Braziliya millisinin heyətində dünya çempionu olmuş Ronaldinyo ölkəmizə səfər edib.
Sportinfo.az xəbər verir ki, məşhur futbolçu Bakı gəzintisinə çıxıb.
Ronaldinyo Qarabağ atını, Azərbaycan xalçalarına baxıb. O, daha sonra milli yeməklərimizdən dadıb və çox bəyəndiyini bildirib.
Futbolçunun videolarını iş adamı Adnan Əhmədzadə paylaşıb.
“Sambaçı”nın Azərbaycana gəlməsinin səbəbi COP 29-a (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) qatılmaq olub.