Bugünlərdə Bakıda səfərdə olan Ronaldinyo Azərbaycan yeməklərinin dadına baxıb.
Əfsanəvi futbolçu ölkəmizin mətbəxtini bəyəndiyini bildirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan Adnan Əhmədzadənin braziliyalı sabiq hücumçuya qonaqlıq verdiyi aydın olur.
Vaxtilə SOCAR-da yüksək vəzifələr tutmuş, hazırda isə iş adamı kimi özünü təqdim edən Əhmədzadə Ronaldinyo və digər qonaqlardan yedikləri təamlarla bağlı suallar ünvanlayır. Hamısı da bir ağızdan tərifləyir.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
«Virtual dünya»da rəy yazanlar Əhmədzadəni qınayıb, onun kasıb ailələrə yardım göstərməyə əlinin gəlməməsinə, pulu ancaq əcnəbilərin yoluna səpdiyinə dair fikirlər səsləndiriblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN