COP29

“Neftçi”dən qovuldu, qeyri-adi AÇIQLAMA VERDİ!

19:20 Hadisə 518
“Neftçi”dən qovuldu, qeyri-adi AÇIQLAMA VERDİ!

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda “İstiqlal Xuzistan"da (İran) çalışan monteneqrolu mütəxəssis sekslə bağlı zarafatlardan imtina etdiyini etiraf edib:

“Hər kəs yaşına uyğun dəyişir və mən də istisna deyiləm. Mən daha bu barədə zarafat etmirəm

. Ancaq indiyə qədər hər şey mənim üçün yaxşı gedir, işləyir. Hər klubun, hər tapşırığın öz hekayəsi var.

Rusiyada mən daha çox azad olmuşam, rus mentaliteti mənim xasiyətimə bənzəyir.

Ona görə də istənilən mövzuda zarafat edə bilərdim. Amma İranda buna hələ indi öyrəşirəm”.

56 yaşlı məşqçi ötən mövsümün ikinci yarısında “Neftçi”yə rəhbərlik edib. Balkanlı çalışdırıcı komandaya avrokuboklara vəsiqə qazandıra bilmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 17:40 Tanrı belə istəyir