COP29

Təcavüzdə ittiham olundu, öz biznesini qurmaq qərarına gəldi

00:10 Hadisə 97
Təcavüzdə ittiham olundu, öz biznesini qurmaq qərarına gəldi

Bir müddət əvvəl təcavüzdə ittiham olunaraq 14 ay həbsdə qalan “Barselona”nın keçmiş futbolçusu Dani Alveş yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, braziliyalı öz biznesini qurmaq qərarına gəlib.

Alveş internetdə müxtəlif tədbirlərin keçirilməsi və işgüzar görüşlərin təşkili üçün nəzərdə tutulmuş “Voxtom” platformasını işə salıb.

“Voxtom” Braziliya bazarına yönəlib və instaqramda 25 min izləyicisi var.

Ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub.

Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, son olaraq Meksika “Pumas”ında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 17:40 Tanrı belə istəyir