Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində futbol dünyasından daha bir tanınmış sima ölkəmizə gələcək.
Söhbət Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimdən gedir.
Məsələ burasındadır ki, COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılacaq.
Bu təşəbbüslə son Azərbaycan çempionu “Qarabağ” çıxış edib. Onlardan biri də “Qalatasaray”dır.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov bildirib ki, İstanbul klubunu COP29-da vitse-prezident İbrahim Hatipoğlu və idarə heyətinin üzvü Emin İmanov təmsil edəcək:
“Özəl qonaq olaraq isə “İmperator” ləqəbli Fatih Terim Bakı Olimpiya Stadionuna təşrif buyuracaq”.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN