BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Ronaldinyo burada görüşlərini davam etdirir.
Sportinfo.az xəbər verir ki, əfsanəvi futbolçu SOCAR-ın və AFFA-nın prezidenti Rövşən Nəcəflə də görüşüb.
Görüş SOCAR-ın ofisində keçirilib.
Bununla bağlı şəkli Ronaldinyo özünün İnstaqram hesabında paylaşıb.