“Kazanda regional kommunikasiyaların açılması məsələsində hər iki tərəf üçün məqbul həll yolunun əldə olunması barədə danışıqlar aparılıb”.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikirləri “hökumət saatı” çərçivəsində danışarkən deyib.
Paşinyan Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü səmərəli və çox vacib adlandırıb:
“Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Onu qeyd edim ki, aramızda belə uzun söhbət heç vaxt olmayıb”.