Braziliya millisinin və "Barselona"nın sabiq hücumçusu Ronaldinyo Qauço Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.
Sportinfo.az xəbər verir ki, o, 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.
2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycana gəlib.