COP29

"Dəli olmusuz?” - 15 min avroya satılan oğurluq üzük haqda VİDEO

11 Noyabr 10:20 Hadisə 365
"Dəli olmusuz?” - 15 min avroya satılan oğurluq üzük haqda VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymarın üzüyü oğurlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə İranın "Esteqlala" klubu ilə qarşılaşması zamanı baş verib.

32 yaşlı braziliyalı meydana daxil olarkən azarkeşləri salamlayıb. Onlardan biri sakitcə futbolçunun əlindən üzüyü oğurlayıb.

Üzüyün hazırda 15 min avroya satışa çıxarıldığı bildirilir.

Neymar daha sonra üzüyünün oğurlanmadığını bildirib və xəbəri saxta adlandırıb: "Dəli olursunuz?! Təkcə bu həftə 3 saxta məlumat ortaya çıxıb. Bu böyüklükdə mediada yalan yaymaq... Heyf ki, Braziliyada mənə bu cür yanaşırlar”, - deyə Neymar sosial şəbəkələrdə yazıb.

Neymar 2023-cü ilin avqustundan "Əl-Hilal"da çıxış edir. Bütün müddət ərzində o, Səudiyyə Ərəbistanı yığmasında 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!