Azərbaycanın Əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
Sportinfo.az xəbər verir ki, 70 yaşlı çalışdırıcı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Masallı şəhər qəbiristanlığında dəfn olunub.
Yaqub Rəsulov kişi və yeniyetmə voleybolçulardan ibarət milli komandanın məşqçisi olub.
O, son olaraq “Murov Az Terminal” voleybol klubunda yeniyetmə və gənc voleybolçuların seçilməsi üzrə seleksiya işlərinə nəzarət edirdi.