Rusiya Premyer Liqasında 14-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin rəhbərlik etdiyi "Krasnodar" uğurlu çıxışını bu turda da davam etdirib.
Onlar "Orenburq" üzərində 4:0 hesablı qələbə qazanıblar.
Bu nəticə ilə xalını 36-a yüksəldən "Krasnodar" 15-ci turun nəticəsindən asılı olmayaraq birinci dövrənin qalibi olub.
Qeyd edək ki, 16 komandanın mübarizə apardığı Rusiya Premyer Liqasında Murad Musayevin baş məşqçisi olduğu klubun ən yaxın izləyicisi 33 xala malik "Zenit"dir.
Lakin şəxsi oyunlarda üstünlük "Krasnodar"ın tərəfindən olduğundan son turda qeydə alınacaq istənilən nəticə onun liderlik mövqeyinə təsir etməyəcək.
M.Musayev bu il fevralın 1-də "Sabah"dan ayrılıb. Mart ayında isə o, əvvəllər də çalışdırdığı "Krasnodar"ın baş məşqçisi təyin edilib.