COP29

Mahir II Bundesliqada 4-cü qolunu “Hamburq”a vurdu

3 Noyabr 19:25 Hadisə 855
Mahir II Bundesliqada 4-cü qolunu “Hamburq”a vurdu

Bu gün Almaniya 2-ci bundesliqasında 11-ci turun oyunları davam etdirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfər matçında “Hamburq”la qarşılaşır.

M.Emreli əsas heyətdə yer alıb.

M.Emreli 63-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1. Bu, onun komandasında ardıcıl 4 oyunda 4-cü qolu olub (3-ü Liqa, 1-i kubok oyununda).

65-ci dəqiqədə o, sarı vərəqə alıb. 68-ci dəqiqədə isə Emreli Lukas Shhemilerlə əvəzlənib. Bu zaman onun məyusluğu diqqət çəkib.

10 turdan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.

M.Emreli daha öncə 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...