“Əl-İttihad”ın yarımmüdafiəçisi, Fransa millisinin heyətində dünya çempionu olmuş Nqolo Kante futbolsevərlərin heyranlığına səbəb olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Pro Liqasında “Əl-Əhli” ilə ev oyununda (1:0) ev sahibi azarkeşlər meydana öz komandalarının rənglərində bayraqlar atıblar.
Fasilə zamanı Kante atılan bayraqları öz istəyi ilə toplayıb, meydandan çıxarmaq qərarına gəlib.
“Əl-İttihad”ın azarkeşləri sosial şəbəkədəki paylaşımlarında fransalı futbolçunun bu hərəkətinə heyran olduqlarını bildiriblər. Epizodun videosu internetdə yayılıb.