Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində 2-ci Bundesliqada üçüncü qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard 10-cu turda “Hofffenhaym”la keçirilən görüşün 48-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb.
Mahir matçın 81-ci dəqiqəsində əvəzlənib.
Qarşılaşma “Nürnberq”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin üzvü daha əvvəl də 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda rəqib qapısına yol tapıb.