COP29

Lamiyə Vəliyeva “IQ Sports Agency” ilə işləyəcək

20:30 Hadisə 99
Lamiyə Vəliyeva “IQ Sports Agency” ilə işləyəcək

“IQ Sports Media və Marketinq Agentliyi” ikiqat paralimpiya çempionu, paratlet Lamiyə Vəliyeva ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bundan sonra idmançıya media, marketinq, reklam bazarından təmsilçilik və şəxsi brendləşdirmə istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Lamiyə Vəliyeva Tokio-2020 və Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibidir. Bununla yanaşı, 4 qat dünya çempionu da olan paratlet hazırda Azərbaycanın ən uğurlu qadın idmançılarından biridir.

“IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu