COP29

“Mən həqiqətən “Qarabağ”a hörmət edirəm” - "Ayaks"ı çalışdıran

19:20 Hadisə 167
“Mən həqiqətən “Qarabağ”a hörmət edirəm” - "Ayaks"ı çalışdıran

"Ayaks"ın baş məşqçisi Françesko Farioli "Qarabağ"dakı həmkarı Qurban Qurbanov barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Amsterdam klubunun 35 yaşlı çalışdırıcısı “köhlən atlar” barədə müsbət fikirlərlə yanaşı, həmkarını tərifləyib.

İtaliyalı gənc mütəxəssis deyib: "Qarabağ"ın bu məşqçinin rəhbərliyi altındakı nəticələri özlüyündə çox şeydən xəbər verir.

Mən həqiqətən bu komandaya hörmət edirəm. Fikrimcə, "Qarabağ"ı kifayət qədər yaxşı tanıyıram və onların oyununu bilirəm".

Farioli bu barədə əlavə detallara getmək istəməyib. O, son 10 ildə "Qarabağ"ın ciddi uğurlar əldə etdiyini deyib və onu "böyük komanda" adlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu