COP29

“Qurban Qurbanov dedi ki, sakit ol, o, bizim komandadan bahadır” - VİDEO

00:30 Hadisə 178
“Qurban Qurbanov dedi ki, sakit ol, o, bizim komandadan bahadır” - VİDEO

“Nürnberq”вэ çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli klubun televiziyasına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, müsahibəsində bir çox maraqlı məqamlara toxunub.

Emreli ona ünvanlanan “qarşılaşdığınız ən məşhur futbolçu kimdir?” sualına belə cavab verib:

“Eden Azar, Antuan Qrizmann, Rafael Leao və başqa bir neçə futbolçu. 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı oynayırdıq.

Onların da ən yaxşı vaxtları idi. Heyətdə Alvaro Morata, Pedro Rodrigez və başqa bir neçə ulduz var idi.

Həmin matçda 0:6 hesabı ilə uduzduq. Lakin ilk hissədən sonra özümüzü çox pis hiss edirdik. Həmin vaxt düşündüm ki, Çempionlar Liqasına xoş gəlmişik”.

Mahir, həmçinin “Çelsi”yə qarşı oyunda həmin vaxt London klubunda çıxış edən Raca Nainqolanla aralarında yaranan mübahisədən söz açıb:

“Onunla mübahisəmiz oldu. Həmin vaxt məşqçimiz (Qurban Qurbanovu nəzərdə tutur - red.) mənə dedi ki, onunla sakit danış.

Nainqolanın qiyməti 60 milyon avrodur, o bizim komandamızdan bahadır. Çünki oynadığım komandanın (“Qarabağ”ı nəzərdə tutur -red.) qiyməti 20 milyon idi”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?
22 Oktyabr 04:00 Anna AFFA-nın binasında
22 Oktyabr 01:10 Rayon klubundan bir ilk