COP29

Ayaqları tutuldu, məhkəməyə əsa ilə gəldi - FOTOLAR

13:20 Hadisə 185
Ayaqları tutuldu, məhkəməyə əsa ilə gəldi - FOTOLAR

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyev qəza keçirib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehdiyev yol qəzasında xəsarət alıb.

Ayaqları tutulan təqsirləndirilən şəxs vəkillərinin yardımı və əsa ilə məhkəmə zalına gəlib.

Prosesdə bir nəfər şahid iştirak edib. O, istintaqdakı ifadəsini təsdiq edib.

Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil.

O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.


Digər Xəbərlər
Xəbər Lenti