COP29

“Ayaks” “Qarabağ”la oyuna 4 qolluq qələbə ilə gəlir - VİDEO

21 Oktyabr 17:20 Hadisə 234
“Ayaks” “Qarabağ”la oyuna 4 qolluq qələbə ilə gəlir - VİDEO

Avropa Liqasının 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks” Niderland çempionatında növbəti matça çıxıb.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisi 9-cu turda “Herakles”in qonağı olub.

7 qolun vurulduğu matç “Ayaks”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Ayaks” xalını 16-ya çatdırmaqla (7 oyundan sonra) 3-cü yerə yüksəlib. Lider PSV-nin 9 oyundan 27 xalı var.

“Qarabağ”la “Ayaks” arasında Avroliqanın 3-cü turunun matçı oktyabrın 24-ü Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Herakles” - “Ayaks” 3:4
Qollar:
Kulenoviç, 12 (1:0), Klassen, 25 (1:1), Engels, 28 (2:1), Traore, 34 (2:2), Veqhorst, 63 (2:3), Kulenoviç, 76 (3:3), Veqhorst, 82-pen. (3:4)

Digər Xəbərlər
Xəbər Lenti